CƏMİYYƏT


Özünə yazığı gəlmə hissi insanı başqalarına qarşı sərtləşdirir

Bakı, 31 iyul, AZƏRTAC

Kopenhagen Universitetinin alimləri özünə yazığı gəlmə hissini siqaretçəkmə vərdişi və qarınqululuqla müqayisə edirlər. AZƏRTAC “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, özünə yazığı gəlmə hormon istehsalına və maddələr mübadiləsinin fəaliyyətinə mənfi təsir göstərir, depressiyanın inkişafına gətirib çıxarır. İnsan qısa müddətdə bu hissin əsirinə çevrilir. Diqqətini öz üzərində cəmləmək onu başqalarına qarşı sərtləşdirir.

Mütəxəssislər bildirirlər ki, özünə yazığı gəlmə hissi insanın xarici qıcıqlandırıcılara reaksiyasını zəiflədir. Bu rol daha çox qurban üçün səciyyəvidir. Stressə reaksiya zamanı asetilxolin neyroötürücüsünün ifrazı artır. Onun yüksək konsentrasiyası damarlara pis təsir göstərir. Onların tonusu azalır, təzyiq düşür, vegetativ sinir sistemi sıradan çıxır və vahimə hissi yaranır.

Ekspertlər özünə yazığı gəlməyi soyuqdəymə xəstəlikləri zamanı xüsusilə tövsiyə etmirlər, çünki bu zaman sağalma prosesi uzanır. Statistikaya görə, təşviş və özünə yazığı gəlmə hissinə meyilli insanlar özünətəlqin sayəsində soyuqdəymə xəstəliklərini ağır keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.