ELM VƏ TƏHSİL


Özünü bərpa edə bilən material hazırlanıb

Bakı, 6 aprel, AZƏRTAC

Amerikalı alimlər zədələnən zaman özünü bərpa edə bilən material hazırlayıblar.

AZƏRTAC “mir24.tv” saytına istinadla xəbər verir ki, yeni maddə elektrik keçirmək xüsusiyyətinə malik olduğundan onu smartfonlar üçün displey kimi də istifadə etmək mümkündür.

Kəşfin müəllifləri Kaliforniya Universitetinin bir qrup alimidir. Qrupun rəhbəri Çao Van bildirib ki, material dartıldığı zaman onun uzunluğu 50 dəfə artır, parçalandıqda isə hissələri bir sutkadan gec olmayaraq yenidən bərpa olunur.

Yeni işləmənin əsasını ion-dipol əlaqəsi prinsipi təşkil etdiyinə görə, molekullar bir-birini cəzb edərək cızıq və parçalanmaları aradan qaldırır.

Ç.Vanın sözlərinə görə, üç ildən sonra özlərini bərpa edən materiallar sənayedə, xüsusilə smartfonların istehsalında kütləvi istifadə olunacaq.

Qeyd edək ki, bundan əvvəl də alimlər tərəfindən xüsusi maye əsaslı özünü bərpa edən material hazırlanıb. Həmin materialın istifadəsi kosmik sahədə baş verən qəzalar zamanı nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.