Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş şəxslərə sertifikatlar təqdim olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işləri uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramında iştirak etməkdən ötrü müraciət edən şəxslərə biznesin təşkili üzrə təlimləri həyata keçirəcək daha bir qrup şəxs (təlimçi) üçün təşkil edilmiş təlim kursu başa çatıb.

AZƏRTAC xəbər verir ki, kursları başa vuran təlimçilərə sertifikatların təqdim olunması ilə bağlı keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı dövlət məşğulluq siyasətinin aktiv əmək bazarı proqramlarının əhəmiyyətli şəkildə genişlənməsinə əsaslanan yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaradıb. Qeyd edib ki, ötən dövrdə ayrı-ayrı dünya ölkələrində özünüməşğulluqla bağlı layihələr formatında müəyyən təcrübələr olsa da, ilk dəfə Azərbaycanda məhz dövlət səviyyəsində və bütün ölkəni əhatə edə biləcək şəkildə, geniş formada özünüməşğulluq proqramı icra olunur. Bu proqram ayrı-ayrı fərdlərin, onların timsalında ailələrin özünüməşğulluğuna yönəlsə də, nəticə etibarilə iqtisadiyyatda mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib.

Nazir bildirib ki, ölkəmizdə özünüməşğulluq proqramının uğurlu icrasına əminlik yaradan əsaslardan biri də son illərdə bu sahədə pilot layihələr çərçivəsində görülmüş işlərin müsbət nəticələridir: “Belə ki, Göyçay və Şamaxı rayonlarında 32 nəfər şəxsi (o cümlədən 11 nəfər əlilliyi olan şəxsi) əhatə edən iki layihə özünü doğrultdu. Layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar. Hətta bu fəaliyyətdən gəlir əldə etməklə fəal vergi və sosial sığorta ödəyicisinə çevriliblər. Onlardan bəziləri yeni işçilər də işə cəlb ediblər”.

S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının qeyd edilən Sərəncamı ölkəmizdə bu sahədə təcrübənin xeyli genişlənməsinə imkan yaradıb: “Sənədin yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, ölkənin bölgələrində kiçik və mikro sahibkarlıq fəaliyyəti sahələrinə olan tələbatın öyrənilməsi, hər bir bölgə üzrə özünməşğulluq fəaliyyəti çərçivəsində dayanıqlı və gəlir gətirə bilən biznes sahələrinin müəyyən olunması işləri görülüb. Bu işlər yekunlaşdıqdan sonra Nazirliyin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında özünüməşğulluq proqramının praktik icra mərhələsinə keçilib”.

Nazir qeyd edib ki, proqramda iştirak etmək üçün müraciət edən vətəndaşlarda şəxsi bizneslərin təşkili ilə bağlı zəruri bilik və bacarıqların formalaşdırılması, bu məqsədlə onlara təlimlərin keçirilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilər seçilib: “Təlimçilərin seçilməsi prosesi Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq meyarları əsasında və bu qurumun baş təlimçisi ilə birgə, müsahibə şəraitində aparılıb. Təlimçilərin bir qismi də işsiz və işaxtaran kimi məşğulluq orqanlarında qeydiyyatda olan və uyğun bacarıqlara, keyfiyyətlərə malik şəxslər arasından müəyyən olunub. Cari ilin avqustun 4-dən BƏT-in baş təlimçisi tərəfindən nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzində təlimçilər üçün hər biri bir həftəlik təlim kurslarına başlanılıb. Hər bir kursda 15 nəfər təlimçi əhatə olunur və kursları bitirdikdən sonra onlara sertifikatlar verilir. Hazırda artıq 5-ci təlim kursu yekunlaşıb ki, bu kursu uğurla başa vuranlara sertifikatlar təqdim ediləcək. Təlim kursları davam edir və ümumilikdə ölkə üzrə özünüməşğulluq proqramı ilə bağlı 142 təlimçinin hazırlanması nəzərdə tutulub. Onlardan 75 nəfəri artıq hazırdır. Bu şəxslərlə müvafiq müqavilələr imzalanıb və onlar təlimçi kimi əmək fəaliyyətinə başlayırlar”.

S.Müslümov ötən müddətdə təlim kurslarını bitirərək sertifikat almış təlimçilərin öz rayonlarında müvafiq işlərə başladıqlarını diqqətə çatdırıb: “Təlimçilər tərəfindən artıq 19 rayon (Ağdam, Bərdə, Tərtər, Hacıqabul, Salyan, Ağcabədi, Laçın, Xocavənd, Beyləqan, Göyçay, Şirvan, Füzuli, Yevlax, Neftçala, Saatlı, Biləsuvar, Cəbrayıl, Sabirabad, Kürdəmir) üzrə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmiş 367 nəfər işaxtaran və işsiz vətəndaş üçün hər biri iki aylıq təlimlər həyata keçirilir. Təlimlər zamanı iştirakçılara biznesin təşkili üzrə biliklərin aşılanması və təlim müddətində onlar tərəfindən özünüməşğulluq fəaliyyəti göstərəcəkləri müvafiq istehsal və xidmət sahələri üzrə biznes-planların hazırlanması nəzərdə tutulur. Biznes-planların nazirlikdə yaradılmış müvafiq komissiya tərəfindən qiymətləndirilməsi və müdafiəsi prosesinin nəticəsinə uyğun olaraq onların özünüməşğulluq fəaliyyətinə başlamaları məqsədilə şəxsi ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təminatı həyata keçiriləcək”.

Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlərin seçimi məsələsinə toxunan nazir bildirib ki, onlar dövlət başçısının müvafiq Sərəncamının imzalandığı vaxta, yəni carı il aprelin 7-dək məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyatda olan vətəndaşlar arasından seçilir: “Onların ev təsərrüfatlarına baxış keçirilir, özünüməşğulluq fəaliyyəti üçün potensial imkanları nəzərə alınmaqla bu seçim aparılır. Cari ilin sonunadək özünüməşğulluq proqramında iştirak etmək və bunun üçün təlimlərə cəlb olunmaq üçün ümumilikdə 1500 nəfər seçiləcək. Əgər hər ailədə orta hesabla 5 nəfərədək ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 1500 ailə üzrə ümumilikdə 7,5 min nəfərədək insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq”.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və BƏT-in sertifikatlı baş təlimçisi Azad Rəhimov proqramın icrası sahəsində aparılan işlərlə bağlı məlumat veriblər. Onlar təlimçilərin seçilməsi və onlar üçün təlim kurslarının təşkili, kursları bitirənlər tərəfindən özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlərə təlimlərin keçirilməsi prosesinin BƏT-in meyarlarına əsasən aparıldığını diqqətə çatdırıblar.

Daha sonra təlim kursunu başa vurmuş təlimçilərə sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib