Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ

Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı – Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafının bugünkü səviyyəsindən məmnunam. Əminəm ki, xalqlarımızın qarşılıqlı iradəsi ilə dost ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin