REGİONLAR
PAMBIQ TARLALARINDA SON BECƏRMƏ İŞLƏRİ APARILIR
Kürdəmir rayonunda pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri bu il əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, sahələrdən bol məhsul götürmək ümidindədirlər.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hələ yaz yağışları zamanı Kürdə suyun səviyyəsinin qalxması nəticəsində 300 hektar əkin sahəsi tamamilə məhv olmuşdur. 800 hektarda isə təkrar çiyid səpini aparılmışdır. Bütün çətinliklərə, ən əsası isə təbiətin şıltaqlığına baxmayaraq, pambıqçılıqda zəngin təcrübəsi olan torpaq mülkiyyətçiləri 2.198 hektarda bol məhsul yetişdirməyə nail olmuşlar.
Bu günlər tarlalarda son becərmə tədbirləri həyata keçirilir. Eyni zamanda, məhsul yığımına hazırlıq işləri aparılır.
Mütəxəssislərin hesablamalarına görə, cari mövsümdə Kürdəmirdə azı 2800-3000 ton pambıq istehsal ediləcəkdir ki, bu da ötən ildəki göstəricidən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]