İQTİSADİYYAT
PAŞA Bank Londonda iki beynəlxalq mükafata layiq görülüb
Bakı, 22 dekabr, AZƏRTAC
PAŞA Bank «Best Investment Bank» (“Ən yaxşı investisiya bankı”) və «Best SME Bank» (“Ən yaxşı KOS bankı”) mükafatlarına layiq görülüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, mükafatlar Paşa Banka Londonda "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimində verilib.
PAŞA Bankın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov qeyd edib ki, bu il bank kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsində aktiv mövqe tutub və Azərbaycanda ilk dəfə olaraq sırf KOS sektoruna xidmət göstərmək üçün xüsusiləşmiş şöbələr açıb. Məqsəd kiçik və orta sahibkarlara daha yaxın olmaq, onların istək və ehtiyaclarına uyğun xidmət göstərərək məhsulları təklif etməkdir.