İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” şirkəti növbəti iri həcmli sığorta ödənişlərini həyata keçirib
Bakı, 20 sentyabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli ödənişlərini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı müəssisələrdə müxtəlif vaxtlarda istehsalat zamanı baş vermiş bədbəxt hadisələr zamanı “PAŞA Həyat Sığortası” ümumilikdə 91,652 min manat həcmində sığorta ödəyib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC tərəfindən cari ilin yanvar ayından indiyədək 2,110 milyon manat həcmində sığorta ödənişləri həyata keçirilib, bunun da 71 faizini, yəni 1,5 milyon manatı istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növünün payına düşüb.
“PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.