İQTİSADİYYAT
“PAŞA Həyat” beynəlxalq mükafata layiq görülüb
Bakı, 26 may, AZƏRTAC
“PAŞA Həyat” sığorta şirkəti Rumıniyanın Braşov şəhərində keçirilən “FIAR 2015 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafata layiq görülüb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, "XPRIMM Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən təşkil edilən forum çərçivəsində “PAŞA Həyat” Azərbaycanda “Lider həyat sığortası şirkəti” nominasiyası üzrə mükafat alıb. Forumda “PAŞA Həyat” şirkəti rəhbərlik səviyyəsində təmsil olunub.
Forum çərçivəsində Şərqi Avropa və MDB ölkələrinin ən yaxşı sığorta, təkrarsığorta və broker şirkətləri, həmçinin ictimai təşkilatlar da mükafatlandırılıb.
“FIAR 2015 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu” 1998-ci ildən keçirilir. Hər il tədbirdə 500-dən çox nümayəndə iştirak edir. Tədbirə Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və kommunikasiya sektoru şirkətlərinin rəhbər və mütəxəssislərindən ibarət iştirakçıları qatılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]