İQTİSADİYYAT
“PAŞA Həyat” yaranmasının dördüncü ildönümünü qeyd edir
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti yaranmasının dördüncü ildönümünü qeyd edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, ötən müddətdə Azərbaycan iqtisadiyyatına, xüsusən ölkənin həyat sığortası bazarının inkişafına öz töhfəsini vermiş “PAŞA Həyat” 2010-cu il noyabrın 24-də yaradılıb. “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat” fəaliyyətinin dörd ili ərzində şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 milyon manata çatdırıb.
“PAŞA Həyat” bu ilin yanvar-oktyabr aylarında 35,142 milyon manat həcmində sığorta haqqı ilə ölkə şirkətləri sırasında ilk üçlükdə yer alıb. Eyni zamanda 2,456 milyon manat həcmində sığorta ödənişləri həyata keçirib.