İQTİSADİYYAT


“PAŞA Həyat”ın əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti tərəfindən təltif edilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

“PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti olan LIMRA tərəfindən qalib elan edilib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, “PAŞA Həyat Sığorta” şirkətinin satış departamentinin direktoru Samir Kazımov LIMRA tərəfindən dünya üzrə elan edilən “25 parlayan ulduz” nominasiyasının qalibi olub və ona “Rising Star of Innovation” mükafatı təqdim edilib.

LIMRA təşkilatı 40 yaşınadək olan şəxslər arasında maliyyə, biznes sahəsində yenilik edən “25 parlayan ulduz” nominasiyası üzrə ərizələrin qəbuluna bu ilin avqust ayından başlayıb və bu ilin oktyabr ayının sonunda qaliblərin siyahısı açıqlanıb. Dünya qalibləri sırasında “PAŞA Həyat”ın əməkdaşı Samir Kazımovun da adı yer alıb. Samir Kazımov sığorta, o cümlədən həyat sığortası məhsullarının satışı sahəsində yeni satış texnologiyalarına malik olmaqla, şirkətdə satışın operativ təşkil edilməsi, satış kanallarının genişləndirilməsi və müştəri cəlbetmə taktikalarında yeniliklər tətbiq edib.

Qeyd edək ki, baş ofisi ABŞ-da yerləşən LIMRA dünya üzrə tanınmış axtarış, tədqiqat təlim və inkişaf üzrə maliyyə qurumudur. Təşkilat 850-dən çox müxtəlif maliyyə xidmətləri göstərməklə öz üzvlərinə effektiv biznes strategiyasını inkişaf etdirmək üçün müxtəlif araşdırmalar, hesabat və digər məlumatlarla təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.