REGİONLAR
“PAŞA Sığorta” şirkəti Lənkəran və Göyçayda yeni nümayəndəliklərini istifadəyə verib
Bakı, 28 aprel, AZƏRTAC
“PAŞA Sığorta” şirkəti Lənkəran və Göyçayda yeni nümayəndəliklərini açıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində “PAŞA Sığorta” ASC idarə heyətinin üzvləri, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Müasir tələblərə tam cavab verən yeni nümayəndəliklər Lənkəran şəhəri, H.Aslanov küçəsi 1 və Göyçay şəhəri, Nizami küçəsi ünvanlarında fəaliyyət göstərəcək. Lənkəran və Göyçay nümayəndəliklərinin açılışı ilə “PAŞA Sığorta” ölkə üzrə regional xidmət mərkəzlərinin sayını 10-a çatdırıb.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.