İQTİSADİYYAT


“PAŞA Sığorta”dan “Sağlamlıq üçün addımla!” adlı sosial müsabiqə

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

"PAŞA Sığorta" şirkəti "Sağlamlıq üçün addımla!" adlı yeni sosial xarakterli müsabiqəyə başlayır.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd insanların fəal və sağlam həyat tərzinə cəlb olunmasıdır. Müsabiqə sentyabrın 4-dək davam edəcək və şirkətin rəsmi “facebook” səhifəsində keçiriləcək.

Müsabiqə müddətində hər bir iştirakçı nəticəsini istənilən qədər paylaşa bilər. Dörd həftə davam edəcək müsabiqədə hər həftə ən yüksək nəticə göstərmiş 3 şəxs müsabiqənin qalibi elan olunacaq və "PAŞA Sığorta" şirkəti tərəfindən "Amburan" istirahət mərkəzinə 2 nəfərlik hədiyyə kuponu əldə edəcək. Ən yüksək nəticə göstərmiş 3 şəxs elan olunduqdan sonra qaliblər şirkətin baş ofisindən hədiyyə kuponlarını əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.