İQTİSADİYYAT


“PAŞA Sığorta”dan məsuliyyətli sürücülər üçün yeni kampaniya

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Sürücülərin yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmasını təmin etmək məqsədilə “PAŞA sığorta” dekabrın 23-dək sürücülər üçün “Məsuliyyətli sürücüyə biz cavabdehik” kampaniyası keçirir.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində “Gənclik MALL”da “PAŞA Sığorta” tərəfindən hazırlanmış “Məsuliyyətli sürücüyə biz cavabdehik” stendində quraşdırılmış xüsusi planşetlərdə sürücülər yol hərəkəti qaydalarına aid suallara düzgün cavab verməklə kasko sığortasına 30 faizədək endirim əldə edə biləcəklər.

“PAŞA Sığorta” 10 sualın hamısına doğru cavab verən şəxslərə 30 faiz, 9-na doğru cavab verənlərə 20 faiz, 8-nə doğru cavab verənlərə 15 faiz, 7-nə doğru cavab verənlərə 10 faiz kasko sığortası üçün endirim mükafatı təqdim edəcək. Yeddisindən az suala düzgün cavab verən sürücülərə müxtəlif hədiyyələr təqdim olunacaq. Kampaniyada hər kəsin yalnız bir dəfə iştirak etmək şansı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.