ELM VƏ TƏHSİL
“PEDAQOGİKA” KİTABI NƏŞR EDİLMİŞDİR
Bu əsər Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun Elmi Şurasının qərarı ilə köməkçi tədris vəsaiti kimi təsdiq edilmişdir. Giriş və 8 fəsildən ibarət olan kitabda pedaqogikanın ümumi məsələləri, məktəbəqədər pedaqogika, didaktika, pedaqoji fikir tarixi, müqayisəli pedaqogika, ali məktəb pedaqogikası, tərbiyə nəzəriyyəsi və ədəbi tənqidə dair düşüncələr öz əksini tapmışdır.
Köməkçi tədris vəsaitində ölkəmizdə həyata keçirilən Təhsil İslahatına dair direktiv sənədlərin tələblərinə müvafiq olaraq, təlimin, təhsilin, tərbiyənin mahiyyəti, məqsəd və vəzifələri barədə elmi şərhlər verilmişdir. Kitab əsasən ali məktəblərin humanitar, pedaqoji təmayüllü fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsaitdən tərbiyəçilər, valideynlər, müəllimlər, aspirantlar, dissertantlar, doktorantlar da istifadə edə bilərlər.
Kitabın elmi redaktorları pedaqoji elmlər doktoru Fərrux Rüstəmov, pedaqoji elmlər namizədi Şikar Hüseynovdur.