DÜNYA


PKK terrorçularının hücumu nəticəsində bir polis şəhid olub

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Mardində Nusaybin rayonunda PKK-lı terrorçulara qarşı aparılan əməliyyatlarda bir polis əməkdaşı şəhid olub və biri isə yaralanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə PKK-lı terrorçuların polislərin olduğu zirehli maşını atəşə tutması nəticəsində baş verib. Polislərin cavab verməsi ilə şiddətlənən qarşıdurmada iki terrorçu zərərsizləşdirilib. Yaralanan polis əməkdaşı Nusaybin Dövlət Xəstəxanasına yerləşdirilib.

Bölgədə əməliyyatlar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.