ELM VƏ TƏHSİL
PLANETİMİZİ ASTEROİDLƏRLƏ TOQQUŞMADAN “DON KİXOT” XİLAS EDƏCƏK
Trayektoriyası Yer kürəsi ilə toqquşma təhlükəsi yarada biləcək kosmik cism aşkar edilən kimi, hər iki aparat eyni vaxtda buraxılacaqdır. Daha sürətli “Sanço” asteroidə birinci çataraq, onun trayektoriyası, sürəti və digər parametrləri üzrə lazımi tədqiqatlar aparmalıdır. Sonra bu aparat təhlükəsiz məsafəyə çəkiləcək və “İdalqo” hədəfə tuşlanarkən yönəldici kimi işləyəcəkdir.
“İdalqo” yüksək sürətlə asteroidə çırpılaraq, onu təhlükəli trayektoriyadan sarpdırmalı, yaxınlıqdakı “Sanço” isə asteroidin hərəkətinin yeni trayektoriyası barədə Yerə məlumat ötürməlidir. Əməliyyatın nəticələrindən asılı olaraq, ya təhlükənin sovuşdurulduğu bildirilir, ya da yeni “İdalqo” göndərilir.
AKA-dan bildirmişlər ki, gerçəkləşdirilməsində bir çox ölkələrin iştirak edəcəyi “Don Kixot” proqramı artıq 2010-2015-ci illərdə fəaliyyətə başlaya bilər.