Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“POLİS HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 11, maddə 611; Azərbaycan Respublikasının 2001-ci il 12 oktyabr tarixli, 207-II QD saylı Qanunu; Azərbaycan Respublikasının 2001-ci il 15 noyabr tarixli 214-II QD saylı Qanunu) 38-ci maddəsinə aşağıdakı redaksiyada 4-cü bənd əlavə edilsin:

“Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər”.

2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 15 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin