PSJ Buffon ilə ikiillik müqavilə imzalayacaq
Bakı, 21 may, AZƏRTAC
Fransanın PSJ futbol klubu qapıçı Canluici Buffon ilə mayın 23-də müqavilə imzalayacaq.
AZƏRTAC “Football Italia” istinadən xəbər verir ki, 40 yaşlı qapıçı ilə ikiillik müqavilə imzalanacaq. Futbolçu son 17 mövsümü “Yuventus”un heyətində keçirib. İtaliya millisinin sabiq qapıçısı Turin klubunun heyətində 9 dəfə İtaliya çempionatını, dörd dəfə İtaliya Kubokunu, beş dəfə isə ölkənin super kubokunun sahibi olub.
Buffon Çempionlar Liqasının finalında (2003-cü, 2015-ci, 2017-ci il) üç dəfə oynayıb, lakin heç vaxt kuboku qazanmayıb. İtaliya çempionatında keçirilən oyunların sayına görə, yalnız Paolo Maldinidən geri qalaraq ikinci yerdədir (640). İtaliya A seriyasında 2015/2016-cı il mövsümündə ən çox qapısını toxunulmaz saxlayan (974 dəqiqə) qapıçı kimi tarixə düşən Buffon, həmçinin iki dəfə UEFA versiyası ilə ilin oyunçusu seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [17:31]
Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- 03.09.2026 [17:29]
Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb
- 03.09.2026 [16:54]
Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında
- 03.09.2026 [16:49]
AFFA Premyer Liqanın 4 klubunu cərimələyib
- 03.09.2026 [16:37]
Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək
- 03.09.2026 [16:22]
“Neftçi”nin sabiq futbolçusu Kipr klubuna keçib
- 03.09.2026 [15:17]
Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb
- 03.09.2026 [14:29]