İDMAN


PSJ klubu Neymar üçün rekord məbləğ – 222 milyon avro təklif edir

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Fransanın PSJ futbol klubu “Barselona”nın hücumçusu Neymarın izinə düşüb.

AZƏRTAC “Goal” saytına istinadla xəbər verir ki, Paris təmsilçisi braziliyalı forvardın transferi üçün hazırda fantastik məbləğ - 222 milyon avro ödəməyə hazırdır. Məlumata görə, PSJ bu təklifdən geri çəkilmək niyyətində deyil. Müqavilədə göstərilən məbləğin isə 2018-ci ildə 250 milyona yüksəldilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Fransa çempionu hələ ötən futbol mövsümündən Neymara elçi düşsə də, “sambaçı” sövdələşmədən imtina etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.