DÜNYA


“Paint” redaktorundan istifadə davam edəcək

Bakı, 25 iyul, AZƏRTAC

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin gələcəkdə də “Paint” qrafik redaktor funksiyasından yararlana biləcəklərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, məlumata görə, “Windows Store” əlavələr mağazasına köçürüləcək proqramı pulsuz yükləmək mümkün olacaq. Redaktor funksiyasının bir hissəsi bu ilin yazında “Windows 10” sistemində istifadəyə verilən həcmli modellərlə iş üzrə “Paint 3D” proqramına köçürüləcək.

Qeyd edək ki, iyulun 24-də “Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracağını bəyan edib.

Payızda buraxılacaq növbəti “Windows 10 Fall Creators Update” proqram yenilənməsi siyahısında qrafik redaktor “köhnəlmiş” əlavələr siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.