DÜNYA


“Paint” redaktorunun dəstəklənməsi dayandırılacaq

Bakı, 24 iyul, AZƏRTAC

“Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracaq.

AZƏRTAC “Rambler” resursuna istinadən xəbər verir ki, payızda buraxılacaq növbəti “Windows 10 Fall Creators Update” proqram yenilənməsi siyahısında qrafik redaktor “köhnəlmiş” əlavələr siyahısına daxil edilib. Bu isə o deməkdir ki, üzərində aktiv iş aparılmayan proqram növbəti yeniləmə buraxılışlarında ləğv edilə bilər.

Bu ilin aprelində “Windows 10 Creators Update” proqram yenilənməsində “Microsoft” özündə üçölçülü şəkillərin yaradılması üçün alətləri birləşdirən “Paint 3D” qrafik redaktorunu təqdim edib. Lakin bunun “Paint” üçün yeniləmə olmadığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.