ORDU
Pakistan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
Bakı, 11 mart, AZƏRTAC
Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
- 26.04.2024 [10:14]
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO
- 25.04.2024 [10:31]
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO
- 24.04.2024 [13:10]