DÜNYA


Pakistan-Hindistan sərhədində baş verən atışmada iki əsgər həlak olub

A+ A

İslamabad, 26 noyabr, AZƏRTAC 

Noyabrın 26-da səhər saatlarında Pakistanın şimal-qərbində, Hindistanla sərhəddə dörd terrorçu-kamikadzenin Pakistan sərhədçilərinin düşərgəsinə hücumu nəticəsində iki hərbçi həlak olub, 14 nəfər yaralanıb.

Pakistan mətbuatının yaydığı məlumatda bildirilir ki, Moxmand qəbilələri ərazisinin Qalanay rayonunda baş verən insidentdə terrorçuların dördü də məhv edilib.

Terror aktına görə məsuliyyəti regionda fəaliyyət göstərən “Camaat-ul Axrar“ radikal İslam qruplaşması üzərinə götürüb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.