DÜNYA


Pakistan-Hindistan sərhədində baş verən atışmada ölən sərhədçilərin sayı 12-yə çatıb

A+ A

İslamabad, 1 noyabr, AZƏRTAC 

Son sutka ərzində Pakistan-Hindistan sərhədində - Cammu və Kəşmir ştatında baş verən atışma 12 sərhədçinin həyatına son qoyub.

Pakistan ordusunun məlumatına görə, atışma nəticəsində Nakial bölməsində dörd dinc vətəndaş həlak olub, altı nəfər yaralanıb.

Xatırladırıq ki, sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra iki ölkə arasında gərginlik daha da artıb. Sentyabrın 29-dan etibarən sərhəddə ayrılıqda 60 atışma faktı qeydə alınıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.