DÜNYA


Pakistan-Hindistan sərhədində baş vermiş atışma nəticəsində həlak olanlar var

A+ A

İslamabad, 24 oktyabr, AZƏRTAC

Pakistan ordusunun yaydığı məlumata görə Hindistanla sərhədin Kəşmir istiqamətində baş vermiş atışma nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb. Məlumatda deyilir ki, son günlər Hindistan tərəfdən Pakistanın yaşayış məntəqələri müntəzəm olaraq atəşə tutulur.

Hindistan tərəfinin yaydığı məlumata görə isə Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki nəfər həlak olub.

Xatırladırıq ki, bu il sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra bu ölkələrin sərhədində müntəzəm olaraq atəş səsləri eşidilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.