DÜNYA


Pakistan Hindistandakı səfirliyinin altı əməkdaşını geri çağırıb

A+ A

İslamabad, 2 noyabr, AZƏRTAC

Pakistan Hindistandakı səfirliyinin altı əməkdaşını geri çağırıb.

Oktyabrın 27-də Hindistan Pakistanın İslamabaddakı səfirliyinin əməkdaşı Mahmud Axtarı casusluqda ittiham edərək onu arzuolunmaz şəxslərin siyahısına salıb.

Bir neçə saat sonra Pakistan Hindistanın İslamabaddakı səfirliyinin diplomatı Surcit Sinqxi arzuolunmaz şəxs elan edib.

Bu il sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.