Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bizim ortaq maraqlarımız, dəyərlərimiz, regionlarda sülh və sabitlik üçün töhfələrimiz bir-birimizə siyasi məsələlərdə güclü qarşılıqlı dəstəklə ifadə olunur. Əminəm ki, bizim əlaqələr yaxın zamanda daha da güclənəcək, xalqlarımızın rifahı və firavanlığı artacaq.

Bu ilin martında Azərbaycana səfərim zamanı razılaşdırdığımız kimi, bütün sahələrdə ikitərəfli əməkdaşlığımızın daha da genişlənəcəyinə əminəm.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin.

Məmnun Hüseyn

Pakistan İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin