DÜNYA


Pakistan Senatı sədrinin müavininin kortejində bombanın partladılması nəticəsində 20 nəfər həlak olub

İslamabad, 12 may, АZƏRTAC

Pakistan Senatı sədrinin müavini Maulan Xaydarinin kortejində bombanın partladılması nəticəsində 20 nəfər həlak olub, 15-dən çox insan yaralanıb.

Partlayış kortej Bəlucistan əyalətinin Mastunq dairəsində keçirilən tədbirdən qayıdarkən baş verib. Hadisə nəticəsində yaralanan Maulan Xaydari xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.