DÜNYA
Pakistan Sexvan Şərifdə baş verən terror aktından sonra Əfqanıstanla sərhədi bağlayıb VİDEO
İslamabad, 17 fevral, АZƏRTAC
Pakistan Sexvan Şərifdə baş verən terror aktından sonra təhlükəsizlik məsələləri ilə bağlı Əfqanıstanla sərhədi bağlayıb.
Bu haqda Pakistan ordusunun rəsmi nümayəndəsi Asif Qafur jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Əfqanıstanın Pakistandakı səfirliyinin əməkdaşları Ravalpindidəki ordu qərargahına çağırılıb və Əfqanıstanda gizlənən 76 terrorçunun siyahısı diplomatlara təqdim edilib. Pakistan tərəfinin rəyinə görə terrorçular Əfqanıstanda gizlənirlər.
A.Qafur qeyd edib ki, Pakistanda törədilən son terror aktları Əfqanıstanda olan qüvvələrin sifarişi ilə həyata keçirilib və Pakistan cavab tədbirləri görməyə məcburdur.
Son məlumata görə, Sexvan Şərifdə törədilən terror aktı nəticəsində 74 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad