CƏMİYYƏT


Pakistan beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı dəstəkləyir

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Pakistan beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəkləyir.

Bu fikir sentyabrın 28-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətinin görüşündə səslənib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Usubov iki dost və qardaş ölkə arasında əlaqələrin zəngin tarixi ənənələrə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu münasibətlərin inkişafına hər zaman xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Pakistanın beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyi xüsusi vurğulanıb. Pakistanlı nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının bütün sahələrdə genişlənən əlaqələrimizin daha bir əyani təzahürü olduğu qeyd edilib.

Sonra qonaqlara DİN-in əsas funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə məlumat verilib.

Dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində son illər bütün istiqamətlərdə inkişafın müşahidə olunduğunu qeyd edən nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin daha da dərinləşdiyini, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair hökumətlərarası sazişlərin imzalandığını xatırladıb.

Rana Tanvir Hussain Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştiraklarından məmnunluğunu ifadə edib. O, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəklərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.