ELM VƏ TƏHSİL


Pakistan nəşrində azərbaycanlı professorun məqaləsi dərc edilib

Bakı, 12 may, AZƏRTAC 

Pakistanda çıxan “The Patriot” nəşrində tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəylinin “Qafqaz müasir dünyada” adlı məqaləsi (ingilis dilində) dərc edilib “Caucasus in the world politics» (http://dailythepatriot.com/caucasus-in-the-world-politics/).

BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqalənin yazılmasının əsas məqsədi pakistanlı oxucuları Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradılması barədə məlumatlandırmaqdır.

Professor Ağalar Abbasbəyli yazır ki, bugünkü Ermənistan ərazinin 92 faizi əvvəllər Azərbaycan torpaqları olub. Müəllif süni şəkildə yaradılmış Ermənistan dövlətinin işğalçı mahiyyətini ifşa edərək göstərir ki, bu dövlətin Qarabağ problemində heç bir güzəştə getməməsi məhz onun öz himayədarlarına güvənməsi ilə bağlıdır. Professor əmindir ki, bu problem suveren Azərbaycana təzyiq göstərilməsi vasitəsinə çevrilib və problemin həlli “açarı”nı Yerevanda yox, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistana himayədarlıq edən ölkələrin paytaxtlarında axtarmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.