İQTİSADİYYAT


Pakistan qəzetində Azərbaycan ilə bu ölkə arasında əməkdaşlığın inkişafına dair məqalə dərc olunub

A+ A

İslamabad, 21 oktyabr, AZƏRTAC 

Pakistanın “Lead Pakistan” qəzetində Mahmud Ul-Hassan Xanın “Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: perspektivlər və imkanlar” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, bu il Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi tamam olur. Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, texnoloji, təhlükəsizlik və digər sahələri əhatə edir. Hərbi sahədə əməkdaşlıq ikitərəfli münasibətləri daha da gücləndirib və əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Azərbaycan-Pakistan dostluğunun əsası iki ölkənin böyük liderləri - dünya şöhrətli siyasətçi Heydər Əliyev və Benazir Bhutto tərəfindən qoyulub və bu gün əlaqələr uğurla inkişaf etdirilir.

Qeyd olunub ki, Pakistan Ermənistanın təcavüzkar siyasətini pisləyir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Bundan başqa, Pakistan Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı ermənilərin törətdiyi soyqırımını pisləyən qətnamə qəbul edib.

Bildirilir ki, Pakistan Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk ölkədir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı hələ də müstəqil dövlət kimi tanımayıb.

Məqalədə Azərbaycanın neft strategiyası, ölkəmizin iqtisadi inkişafı haqqında da məlumat verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.