REGİONLAR


Pakistan səfirliyinin hərbi attaşesi: Dinc sakinlərin öldürülməsi ağlagəlməzdir VİDEO

Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Biz Alxanlıya gələrək, hadisə yerini öz gözlərimizlə gördük, insanlarla görüşdük. Ermənilərin açdığı atəş nəticəsində dinc insanların - balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi ciddi narahat doğuran faktdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayonunun Alxanlı kəndinə səfər edən Pakistanın ölkəmizdəki səfirliyinin hərbi attaşesi Seyid İmran Ali deyib.

Pakistan səfirliyinin rəsmisi bildirib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyi var: “Biz düşünürük ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə həll olunmalıdır. Bu qətnamələr Azərbaycanın mövqeyini qoruyur. Bu, Pakistan üçün mühümdür. Biz hər zaman Azərbaycan xalqı ilə birlikdəyik”.

“Alxanlıda mülki əhaliyə atəş açılıb. Buradakı insanlar silahlı deyildilər, onlar günahsız dinc sakinlər idilər. Dinc sakinlərin öldürülməsi isə ağlagəlməzdir və bu, qınanılmalıdır”, - deyə Pakistan səfirliyinin hərbi attaşesi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.