DÜNYA
Pakistan və Hindistan hərbçiləri arasında atışma nəticəsində ölənlər var
İslamabad, 14 noyabr, AZƏRTAC
Pakistanın Hindistanla sərhədindəki Kəşmir bölgəsinin Bximber ərazisində Hindistan hərbçilərinin atəşi nəticəsində Pakistan ordusunun 7 hərbçisi həlak olub, 8-i yaralanıb.
Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, cavab atəşi nəticəsində Hindistan tərəfdən də ölənlər və yaralananlar var.
Xatırladırıq ki, sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra iki ölkə arasında gərginlik daha da artıb. Əsasən Kəşmir bölgəsində demək olar ki, hər gün atışma səsləri eşidilir, hər iki tərəfdən hərbçilər və mülki vətəndaşlar həlak olur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]