DÜNYA


Pakistan və Hindistan sərhədyanı ərazilərdə yaşayan əhalini təxliyə edir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Hindistan və Pakistan hərbçiləri arasında Kəşmirdəki nəzarət xəttində baş verən toqquşmadan sonra hər iki ölkə sərhədyanı rayonların sakinlərini təxliyə edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 29-da Pakistan ordusu Hindistan hərbçilərinin nəzarət xəttinə zərbələr endirib. Atışma nəticəsində iki pakistanlı hərbçi həlak olub. Hindistan isə öz növbəsində Cammu və Kəşmir bölgəsinə daxil olmağa və orada terror hücumları təşkil etməyə çalışan yaraqlıların yerləşdiyi rayonlara zərbələr endirdiyini açıqlayıb.

İnsidentlə əlaqədar hər iki ölkənin daxili işlər nazirlikləri sərhədyanı ərazilərdə yaşayan əhalinin təxliyə olunmasına qərar verib. Bundan başqa, hərbçilər hadisənin baş verdiyi yerə yaxın yaşayış məntəqələrindəki sakinləri evlərini tərk edərək təhlükəsizlik ərazilərə getməyə çağırırlar.

Sərhədçilərin gücləndirilmiş xidmət rejiminə keçdikləri bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.