DÜNYA


Pakistanda İŞİD terror qruplaşmasının komandirlərindən biri öldürülüb

A+ A

İslamabad, 18 noyabr, AZƏRTAC 

Pakistan paytaxtı yaxınlığındakı Marri şəhəri rayonunda İŞİD terror qruplaşmasının komandirlərindən olan Exsan Sattai öldürülüb, iki terrorçu isə qaçmağa müvəffəq olub. Hadisə yerindən silah-sursat aşkar edilərək götürülüb.

Terrorizmlə mübarizə idarəsinin iki əməkdaşı yaralanıb.

Bu terrorçular İslamabad və Ravalpindi şəhərlərində terror aktları törətməkdə ittiham edilirlər.

Xatırladaq ki, ötən şənbə Bəlucistan əyalətindəki məbədlərin birində törədilən partlayış nəticəsində 52 adam həlak olmuşdu. Partlayışa görə məsuliyyəti İŞİD qruplaşmasının yaraqlıları öz üzərinə götürmüşdü.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.