DÜNYA


Pakistanda ardıcıl törədilən iki partlayış nəticəsində 25 nəfər ölüb

İslamabad, 23 iyun, АZƏRTAC

Pakistan mətbuatının verdiyi məlumata görə, Paraçinar şəhərindəki ticarət mərkəzində ardıcıl iki partlayış törədilib. Partlayışlarda 25 nəfər həlak olub, 80 yaxın insan yaralanıb.

Baş nazir Nəvaz Şərif terror aktını pisləyib. Deyib ki, bütün ölkədə təhlükəsizlik tədbirləri gücləndirilməli, əhali ayıq-sayıq olmalıdır.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.