DÜNYA


Pakistanda baş verən iki partlayış nəticəsində dörd nəfər həlak olub

A+ A

İslamabad, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Pakistanda Ravalpindi-Kvetta sürət qatarında dəmir yoluna yerləşdirilmiş bombaların işə düşməsi nəticəsində iki partlayış baş verib. Partlayışlar nəticəsində ilkin məlumata əsasən, 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Polisin məlumatına görə, dəmir yoluna yerləşdirilən bombalar qatar Bəlucistan əyalətinin Bolan dairəsindən keçərkən işə düşüb.

Hadisə ilə bağlı istintaq aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.