DÜNYA


Pakistanda baş verən partlayışlar nəticəsində azı 7 nəfər həlak olub

A+ A

İslamabad, 1 noyabr, AZƏRTAC

Pakistanın Qadani şəhərində fəaliyyət göstərən gəmi zavodundakı neft tankerində baş vermiş silsilə partlayışlar nəticəsində ilkin məlumata görə, yeddi nəfər həlak olub, 40 nəfər yaralanıb, 30 işçi itkin düşmüş hesab edilir.

Partlayışlar zamanı tankerdə 100-dən çox adam olub. Dağıntılar altında qalanların xilas olunması istiqamətində işlər davam etdirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.