DÜNYA


Pakistanda daşqınlar nəticəsində 29 nəfər ölüb, 20 nəfər itkin düşüb

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Pakistanda yağan leysan yağışlarından sonra yaranan daşqınlar nəticəsində 29 nəfər ölüb, 20 nəfər itkin düşüb.

AZƏRTAC "Sinxua" agentliyinə istinadla xəbər verir ki, təkcə Kəraçi şəhərində 14 nəfər ölüb. Şəhərin əksər ərazilərində elektrik enerjisi kəsilib.

Bəlucistan əyalətində təbii fəlakət 8 nəfərin həyatına son qoyub. Ölüm faktları, həmçinin ölkənin cənub və cənub-qərb bölgələrində də qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.