DÜNYA


Pakistanda keyfiyyətsiz spirtli içkidən 10 nəfər dünyasını dəyişib

A+ A

İslamabad, 29 oktyabr, AZƏRTAC

Pakistanın Pəncab əyalətinin Celam şəhərində xristianların yaşadığı məhəllədə keçirilən toy mərasimində keyfiyyətsiz spirtli içki qəbul edən 10 nəfər dünyasını dəyişib.

Yoxlama nəticəsində məlum olub ki, qəbul edilən spirtli içki həmin məhəllədə ev şəraitində hazırlanıb.

Pakistanda müsəlmanlara spirtli içki qəbul etmək qadağandır, ancaq bu qadağa ölkədə yaşayan xristianlar və induslara şamil olunmur.

Qeyd edək ki, bu ilin martında da Pakistanın Kəraçi şəhərində spirtli içki qəbulundan 40 nəfər dünyasını dəyişmişdi.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.