DÜNYA


Pakistanda məcrasından çıxan çay axını mikroavtobusu batırıb, 21 nəfər həlak olub

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Pakistanın şimalında mikroavtobus məcrasından çıxan çayın axınına düşərək batıb. Hadisə nəticəsində ən azı 21 nəfər həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident iyulun 30-da Federal İdarəli Qəbilələr Ərazisinin Xeybər regionunda baş verib. Toydan qayıdan 21 sərnişini daşıyan mikroavtobus Tabai ərazisində çayı keçməyə cəhd edərkən suyun axınına düşərək batıb.

Xilasedicilər aparılan əməliyyatlar nəticəsində avtomobildəki cəsədləri çıxarmağa nail olub. Hazırda onlar Landi-Kotal şəhərinin hospitalına aparılıb.

Qeyd edək ki, regionda davam edən musson yağışları bir çox çayın məcrasından çıxmasına və geniş əraziləri basmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.