DÜNYA
Pakistanda növbəti terrorun qurbanı tikintidə çalışan 10 fəhlə olub
Bakı, 13 may, AZƏRTAC
Pakistanın cənubunda şənbə günü naməlum şəxslərin tikinti işçilərinə açdıqları atəş nəticəsində azı 10 fəhlə həlak olub. Hadisə Belucistan vilayətində baş verib.
AZƏRTAC xəbər verir ki, Dawn nəşrinin yaydığı məlumata görə, 8 nəfər hadisə yerində, 2 işçi isə xəstəxanaya aparılarkən yolda ölüb. Silahlı şəxslərin fəhlələrə iki istiqamətdə motosikletlərlə hücum etdikləri bildirilir.
Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi rayonu mühasirəyə alıblar. Əməliyyat aparılır.
Xatırladaq ki, dünən Belucistan vilayətində daha bir qanlı terror aktı törədilib. Terrorçular Pakistan senatının sədr müavini Maulan Abdullah Qafur Haydarinin kortejinə hücum ediblər. Məsuliyyətini İŞİD qruplaşmasının üzərinə götürdüyü terror aktı nəticəsində 25 nəfər həlak olub, 35 nəfər yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]
Britaniyalı deputat haqqında araşdırma başlayıb
- 18.04.2024 [13:39]