DÜNYA
Pakistanda partlayış: azı 26 nəfər ölüb, 57 nəfər yaralanıb
Bakı, 24 iyul, AZƏRTAC
Bazar ertəsi günü Pakistanın Lahor şəhərində (Pəncab vilayəti) partlayış nəticəsində azı 26 nəfər ölüb, 57 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, GeoTV telekanalının yaydığı məlumata görə, partlayış meyvə-tərəvəz bazarının girişində növbə çəkən polis naryadının yaxınlığında törədilib. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.
Polis nümayəndələri telekanala bildiriblər ki, terrorçu kamikadze tərəfindən həyata keçirilən partlayışın hədəfi hüquq mühafizə orqanlarının əməkdaşları olub. İlkin məlumata görə, hücum zamanı azı 8 polis işçisi həyatını itirib.
Yerli Express Tribune qəzetinin saytında xəbər verilir ki, hadisə baş verən yer şəhərin ən çox mühafizə olunan rayonlarından biridir – cəmi 100 metrlik məsafədə Pəncabın baş naziri Şahbaz Şərifin iqamətgahı yerləşir.
Hadisə yeri polislər və Pakistan ordusunun hərbçiləri tərəfindən mühasirəyə alınıb, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]