DÜNYA


Pakistanda partlayış nəticəsində 10 adam yaralanıb

A+ A

İslamabad, 13 sentyabr, AZƏRTAC

Pakistanın Sind əyalətinin Şikarpur şəhərində bayram namazı zamanı törədilən partlayış nəticəsində 10 nəfər, o cümlədən iki polis yaralanıb.

Polisin yaydığı məlumata görə, terrorçular iki nəfər olub. Onlardan biri özünü partladıb, ikincisi isə qaça bilib.

Şəhərdə baş verən ikinci terror aktının qarşısı isə alınıb. Belə ki, polislər şübhəli hesab etdikləri iki nəfəri qəbiristanlığa buraxmayıblar. Şübhəlilər qaçmağa cəhd ediblər. Polislər onların birini öldürüb, digəri isə yaxalanıb. Saxlanılan şəxslərin qəbiristanlıqda, insanların arasında özlərini partlatmaq istədikləri məlum olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.