DÜNYA


Pakistanda partlayış qurbanlarının sayı 11 nəfərə çatıb

Bakı, 23 iyun, AZƏRTAC

Pakistanın Kvetta şəhərində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərədək artıb.

AZƏRTAC xəbər verir ki, Geo TV telekanalının yaydığı məlumata görə, həlak olanların dördü polis işçisidir. Hüquq mühafizə orqanlarının daha doqquz əməkdaş isə yaralanıb.

Xatırladaq ki, partlayış Bəlucistan vilayətinin administrativ mərkəzi olan Kvetta şəhərinin polis idarəsi yaxınlığında törədilib. Telekanal bildirir ki, terrorçu-kamikadze partlayıcı qurğunu polis onun avtomobilini saxlamağa cəhd edərkən işə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.