DÜNYA


Pakistanda polis kollecinə hücumun məsuliyyətini İŞİD üzərinə götürüb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərindəki polis kollecinə hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 25-nə keçən gecə baş verən hücum nəticəsində kollecdə təhsil alan azı 60 kadet həlak olub, 165-dən çoxu yaralanıb.

Terror aktının təfərrüatları barədə məlumat verən əyalət sərhəd qoşunlarının komandanı Şer Əfqan bildirib ki, hücum edənlər kollecin kazarmasına mərkəzi qapıdan gözətçini öldürərək soxulublar. Yaraqlılar kazarmada yatan kadetlərə nizamsız atəş açıblar. Bundan sonra iki terrorçu özünü partladıb. Üçüncü yaraqlı polislər tərəfindən öldürülüb. Antiterror əməliyyatı üç saat çəkib.

Pakistanın Baş naziri Nəvaz Şərifin yaxın saatlarda hadisə yerinə gələcəyi gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.