DÜNYA


Pakistanda səhiyyə işçilərinin mitinqində yaralananların sayı 82 nəfərə çatıb

A+ A

İslamabad, 14 fevral, АZƏRTAC

Fevralın 13-də axşam Pakistanın Laxor şəhərində, Pəncab əyalətinin Məclisi yaxınlığındakı Feyzal meydanında səhiyyə işçilərinin mitinqində baş verən güclü partlayış nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.

Həlak olan 16 nəfərin arasında Laxor şəhər polisinin yüksək rütbəli əməkdaşlarının da olduğu bildirilir.

Dərmanların satışında yeni düzəlişlərin qəbulu ilə əlaqədar keçirilən etiraz aksiyası zamanı bir minik maşını yandırılıb.

Şahidlərin bildirdiyinə görə, motosikldə olan terrorçu özünü maşına çırpıb və partlayış baş verib.

Hadisəyə görə məsuliyyəti regonda fəaliyyət göstərən “Taliban-Camaat-ur-Axror” qruplaşması öz üzərinə götürüb.

Laxorda və İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.