DÜNYA
Pakistanda son sutka ərzində 100-dən artıq terrorçu məhv edilib
İslamabad, 17 fevral, АZƏRTAC
Pakistanın Sexvan Şərif şəhərində törədilən terror aktından sonra son sutka hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində 100-dən çox terrorçu məhv edilib.
Bu haqda Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Pakistan-Əfqanıstan sərhədi boyu keçirilən əməliyyatlar zamanı terrorçu qruplaşmaların sığınacaqları dağıdılıb, xeyli terrorçu saxlanılıb.
Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 88 nəfər həlak olub, 300-dən artıq insan yaralanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]