DÜNYA


Pakistanda terror aktı nəticəsində 59 adam həlak olub

A+ A

İslamabad, 25 oktyabr, AZƏRTAC 

Dünən gecə “Kalaşnikov” avtomatı və qumbaralarla silahlanan bir qrup terrorçunun Pakistanın Kvetta şəhərindəki polis akademiyasına hücumu nəticəsində 59 adam həlak olub, 200 nəfər girov götürülüb.

Polisin məlumatına görə, 6 nəfərdən ibarət terrorçu qrup akademiyanı tam ələ keçirdikdən sonra insanlara atəş açmağa başlayıb. Təhlükəsizlik qüvvələri terrorçuların üçünü məhv edib, 250 tələbə akademiyadan kənara çıxarılıb. Terrorçular akademiyaya hücum edən vaxt orada 600-dən artıq tələbənin olduğu ehtimal edilir.

Qanlı hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Polis hadisənin “Taliban” qruplaşmasına daxil olan “Laşkar-e Canqvi” terror dəstəsinin törətdiyini ehtimal edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.